Dünya · Ölkə.az

Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başladı xəbəri üçün şəkil

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Madize 5 il ölkə prezidenti olmuş və iyunda ikinci müddətə namizədliyini irəli sürməkdən imtina etmiş Alar Karisi əvəz edəcək. O, Estoniyanın yeddinci prezidenti və bu postu tutan sayca ikinci qadın olub.

O, sentyabrın 2-də parlamentin növbədənkənar iclasında səsvermənin ilk turunda alternativsiz əsasda dövlət başçısı seçilib. 101 deputatdan 71-i onun namizədliyinin lehinə səs verib.

Andiçmə mərasimindən sonra prezident kimi ilk çıxışı zamanı o vurğulayıb ki, cəmiyyətdə daha çox inama və təqdirə ehtiyac var.

"Son onilliklər ərzində əhalini yenidən tərbiyə etmək, insanlara necə düzgün yaşamağı, düşünməyi, hiss etməyi və ya danışmağı diktə etmək cəhdləri tamamilə əks nəticə verib. Hamı bundan dərs çıxarıb. İndi etibarı bərpa etmək vaxtıdır", - Madize bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑