Dünya · Azxeber.com

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb xəbəri üçün şəkil
Şri-Lankada altı rayonda təxminən 200 donuzda Afrika donuz taunu virusu aşkarlanıb. Hakimiyyət fermerləri biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
AZXEBER.COM Sinxuaya istinadla xəbər verir ki, bu barədə Heyvanların İstehsalı və Sağlamlığı Departamenti məlumat yayıb. Bildirilib ki, 48 donuz fermasında aparılan yoxlamalar zamanı təxminən 1200 donuz müayinə edilib.
Rəsmilər virusun yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda gigiyena qaydalarına əməl edilməsinin və heyvan tullantılarının təhlükəsiz şəkildə utilizasiyasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Afrika donuz taunu insanlara keçmir və donuz əti istehlakı insan sağlamlığı üçün təhlükə yaratmır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑