Aktual · AzPolitika

​Paşinyan Putin və İlham Əliyevlə görüşəcək? – “Təmaslar qaçılmazdır, amma...”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​Paşinyan Putin və İlham Əliyevlə görüşəcək? – “Təmaslar qaçılmazdır, amma...” xəbəri üçün şəkil

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinin sammitində iştirak etmək üçün Türkmənistana yollanan Ermənistanın Baş naziri Nikol Paşinyan səfər öncəsi mətbuatın suallarını cavablandırıb. O, tədbir çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək ehtimalına toxunub.

Paşinyan qeyd edib ki, sammitin formatı elə qurulub ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə mütləq təmaslar olacaq:

"Format elədir ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə qəti şəkildə təmaslar qurulacaq".

Bununla belə, baş nazir əvvəlcədən təsdiqlənmiş hər hansı rəsmi ikitərəfli görüşün planlaşdırılmadığını diqqətə çatdırıb: "Əgər proses gedişində ehtiyac yaranarsa, bəlkə də bu, mümkün olar. Lakin təmaslar, danışıqlar olacaq – necə ki, əvvəllər də olub, yerində razılaşmışıq, danışmışıq".

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Türkmənistandakı sammit çərçivəsində Putin ilə Paşinyan arasında ayrıca ikitərəfli görüşün planlaşdırılmadığını açıqlamışdı. Lakin tərəflərin eyni tədbirdə iştirakı qeyri-rəsmi və ya operativ təmasların baş tutması ehtimalını açıq saxlayır.

Rasim

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑