Aktual · AzPolitika

Azərbaycan və Mərkəzi Asiya ölkələri BMT-də xüsusi təqdimatlar keçirəcəklər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Mərkəzi Asiya ölkələri BMT-də xüsusi təqdimatlar keçirəcəklər xəbəri üçün şəkil

Azərbaycan və Mərkəzi Asiya dövlətləri böyük mütəfəkkir və alimlərinin zəngin mənəvi və elmi irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi barədə razılığa gəliblər.

"AzPolitika" xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir.

Birgə bəyanatda qeyd olunub ki, humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqları birləşdirən tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği, habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslər dəstəklənəcək.

Məşvərət Görüşünün iştirakçıları bəyanatda vurğulayıb ki, Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər arasında əməkdaşlıq inkişaf etdiriləcək.

Bundan başqa, tərəflər turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi razılaşdırıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑