Aktual · AzPolitika

​Bolqarıstanda prezident seçkiləri bitdi - Rusiyayönlü namizəd qələbə qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​Bolqarıstanda prezident seçkiləri bitdi - Rusiyayönlü namizəd qələbə qazandı xəbəri üçün şəkil

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda səslərin əksəriyyətini qazanan İliyana Yotova ölkənin yeni dövlət başçısı seçilib. O, həm də Bolqarıstan tarixində bu posta seçilən ilk qadın prezident olub.

Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi ilkin nəticələrə əsasən, Moskva ilə dialoqu müdafiə edən və Ukraynaya hərbi yardımların əleyhinə çıxan İliyana Yotova seçkilərdə rəqibi, Qərb yanlısı müxalifətin dəstəklədiyi sabiq baş nazir Andrey Gyurovu üstələyib.

Xatırladaq ki, oktyabrın sonunda baş tutan ilk turda 27 namizəd mübarizə aparmışdı. Həmin turda Yotova rəqibini qabaqlasa da, 50 faizlik baryeri aşa bilmədiyi üçün seçkilər ikinci tura qalmışdı. Birinci turda seçici aktivliyi tarixin ən aşağı səviyyəsinə düşərək cəmi 23% təşkil etsə də, həlledici ikinci turda vətəndaşların marağı və aktivliyi daha yüksək olub. Seçki kampaniyası ölkə ətrafında gərgin geosiyasi fonda – xüsusilə Qara dənizdə ticarət gəmilərinə qarşı törədilən hücumlar və regional təhlükəsizlik narahatlıqları fonunda keçib.

İliyana Yotova Rusiya ilə dialoqun bərpasını və əməkdaşlığı dəstəkləyən, həmçinin Kiyevə hərbi yardım edilməsinin əleyhinə olan siyasi xəttin nümayəndəsidir. Onun vitse-prezidentliyə namizədi isə tanınmış jurnalist və hüquqşünas Kiril Valçev olub. Andrey Gyurov isə Qərb yönümlü islahatları, NATO ilə daha sıx inteqrasiyanı və Avropa İttifaqı xəttini müdafiə edən namizəd qismində mübarizə aparıb.

Qeyd edək ki, Bolqarıstan parlamentli respublika olduğundan baş nazir hökumətin və ölkənin icra hakimiyyətinin başçısıdır. Lakin dövlət başçısı (prezident) ölkəni beynəlxalq arenada təmsil edir, silahlı qüvvələrin ali baş komandanıdır və parlament qərarlarına qarşı veto hüququna malikdir.

AzPolitika.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑