Aktual · AzPolitika

​Rusiya neft-kimya məhsullarının ixracına qadağa qoydu - Səbəbi açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​Rusiya neft-kimya məhsullarının ixracına qadağa qoydu - Səbəbi açıqlandı xəbəri üçün şəkil

Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqının (Aİİ) hüdudlarından kənara bəzi neft-kimya məhsullarının ixracına üç aylıq müvəqqəti qadağa tətbiq edib.

Məhdudiyyət aşağıdakı kimyəvi məhsulların ixracını əhatə edir:

Daş kömür və neft benzolu, toluol, ortoksilol, paraksilol, fenol.

Qeyd olunan komponentlər avtomobil, aviasiya, gəmiqayırma və dəmir yolu maşınqayırması üçün lak-boya örtüklərinin, qida qablaşdırmalarının, döşəmə örtüklərinin, kabel məmulatları üçün izolyasiya materiallarının və tibb sənayesinin istehsalında geniş istifadə olunur.

Qadağa aşağıdakı hallara şamil edilmir: 

-beynəlxalq tranzit daşımaları;

-beynəlxalq humanitar yardım xətti ilə tədarüklər;

-Rusiya təşkilatlarının Şpitsbergen arxipelaqındakı fəaliyyətinin təmin edilməsi.

Rusiya hökuməti bu qərarı «Rusiya sənaye müəssisələrinin xammalla sabit təminatını qorumaq» zərurəti ilə izah edib.

Lakin analitiklər bu addımın arxasında ölkənin kimya və neft emalı sektorunda yaranan ciddi problemlərin dayandığını vurğulayırlar. Belə ki, yalnız 2026-cı ilin oktyabr ayı ərzində Ukrayna ordusu Rusiyanın müxtəlif regionlarındakı bir sıra iri kimya müəssisələrinə hücumlar həyata keçirib. Hücumlara məruz qalan obyektlər arasında aşağıdakılar yer alır:

Tver vilayətindəki Redkin təcrübə zavodu, Samara vilayətindəki «Tolyattikauçuk», Omsk vilayətindəki «Omsk kauçuk», Tula vilayətindəki «Azot» zavodu, Perm diyarındakı «Uralxim» şirkətinin «Azot» filialı və Başqırdıstandakı Başqırd Soda Şirkəti.

Mütəxəssislərin fikrincə, davam edən hərbi əməliyyatlar və istehsal müəssisələrinə edilən hücumlar daxili bazarda ciddi xammal qıtlığı yaradıb. Hökumət məhz bu səbəbdən daxili sənayeni xilas etmək üçün ixracı sərt şəkildə məhdudlaşdırmağa məcbur qalıb.

Rasim Əliyev

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑