Aktual · AzPolitika

Bakıda 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib xəbəri üçün şəkil

Bakının Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə "AzPolitika"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Marşrutların fəaliyyət istiqamətləri belə olacaq: 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı; 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı; 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun "Əhmədli" stansiyası.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑