İqtisadiyyat · AZƏRTAC

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb xəbəri üçün şəkil

Astana, 9 oktyabr,

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şimal-Cənub, Qərbi Çin-Qərbi Avropa dəhlizlərini, eləcə də Trans-Xəzər marşrutunu ölkə üçün prioritet istiqamətlər adlandırıb.

AZƏRTAC “Akorda”ya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, bu marşrutların qarşılıqlı əlaqələndirilməsi bütün kontinental daşımalar sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Tokayev bildirib ki, avqust ayında uzunluğu 1,5 min kilometrdən çox olan yeni Aral-Xəzər magistralının tikintisinə başlanılıb. Magistral istifadəyə verildikdən sonra Çindən Avropaya avtomobil marşrutu təxminən 1000 kilometr qısalacaq, tranzit yüklərin çatdırılma müddəti isə üç günədək azalacaq.

Prezident, həmçinin yüksək əlavə dəyərli məhsulların istehsalına diqqət yetirməklə MDB-nin 2027-2030-cu illər üçün flaqman sənaye-texnoloji layihələr portfelinin formalaşdırılmasını təklif edib.

Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑