İqtisadiyyat · AZƏRTAC

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir xəbəri üçün şəkil

Bakı, 9 oktyabr,

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nı uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı AXA sədri Sərdar Hacıyev ölkəmizdə aqrar sektorun modernləşdirilməsi, elmi əsaslarla inkişaf etdirilməsi və sahə üzrə yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Qeyd olunub ki, agentlik tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür təcrübə proqramları gənclərin nəzəri biliklərini real istehsalat və sahə şəraitində tətbiq etmələri, həmçinin peşəkar vərdişlərə yiyələnmələri üçün mühüm platformadır.

Proqramda uğur qazanmış 7 nəfər gənc mütəxəssis Aqrar Xidmətlər Agentliyinin müvafiq sturukturlarında işlə təmin olunublar.

Xatırladaq ki, gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların praktiki iş mühitinə hazırlanması məqsədilə reallaşdırılan proqram müddətində iştirakçılar baytarlıq, zoomühəndislik, aqronomluq, aqromühəndislik və torpaqşünaslıq istiqamətləri üzrə xüsusi təlimlərə cəlb olunublar. İki ay davam edən proqram ərzində gənclər agentliyin müvafiq struktur bölmələri, laboratoriyaları və regional qurumlarının gündəlik fəaliyyəti, qabaqcıl texnologiyaların tətbiqi prosesi ilə yaxından tanış olublar.

Tədbirin sonunda təcrübə proqramını uğurla başa vuran gənclərlə xatirə şəkli çəkdirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑