İqtisadiyyat · Marja.az

Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx xəbəri üçün şəkil

Bakının restoran məkanları sırasına daha bir iddialı ünvan əlavə olunub. Milli memarlıq elementlərini müasir dizayn, zəngin mətbəx və yüksək xidmət anlayışı ilə birləşdirən “Sheer One” restoranı artıq qapılarını qonaqların üzünə açıb.

Restoranın əsas üstünlüklərindən biri zəngin və rəngarəng mətbəx konsepsiyasıdır. Fərqli zövqlərə xitab edən geniş yemək çeşidləri, özünəməxsus dadlar və xüsusi təqdimat üslubu “Sheer One”ı yalnız istirahət deyil, həm də unudulmaz qastronomik təcrübə üçün cəlbedici ünvana çevirir.

Özünəməxsus memarlığı və zərif interyeri ilə diqqət çəkən restoranda milli ornamentlər, daş üzlüklər və Aralıq dənizi üslubundan ilhamlanan dizayn elementləri xüsusi atmosfer yaradır.

“Sheer One” geniş açıq terrası, müxtəlif formatlı qapalı zalları və özəl kabinetləri ilə həm ailəvi istirahət, həm dostlarla görüşlər, həm də müxtəlif tədbirlər üçün ideal şərait təqdim edir.

Restoranın fərqləndirici xüsusiyyətlərindən biri də uşaqlı ailələr üçün yaradılmış xüsusi əyləncə zonasıdır. Müasir oyun qurğuları, yelləncəklər və sürüşkənlərlə təchiz olunmuş bu məkan balacaların əylənməsinə, valideynlərin isə rahat istirahət etməsinə imkan yaradır.

Zəngin mətbəx, möhtəşəm dadlar, valehedici atmosfer və ailəvi istirahət imkanlarını bir araya gətirən “Sheer One” artıq qonaqlarını qəbul edir.

@sheerone_restaurant

Ünvan: Bakı, Badamdar, M. Müşfiq küçəsi 2C.

Rezervasiya: +994 50 103 07 07

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑