İdman · AZƏRTAC

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb xəbəri üçün şəkil

Bakı, 11 oktyabr,

Argentinalı futbolçu Lionel Messi “İnter Mayami”nin heyətində növbəti qollarını vurub.

AZƏRTAC xəbər verir ki, 39 yaşlı hücumçu MLS-in müntəzəm mövsümünün XXVIII turunda “DC Yunayted”lə ev oyununda (4:0) dubl edib.

Ulduz futbolçu rəqib qapısından hər iki topu matçın ikinci hissəsində keçirib. O, 47-ci və 60-cı dəqiqələrdə fərqlənib. Digər qolları isə komandanın uruqvaylı forvardı Luis Suares vurub.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 49-a çatdıran “İnter Mayami” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑