İdman · İdman.biz

Vinisiusun yaxın çevrəsi qırmızı vərəqəni ədalətli hesab edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vinisiusun yaxın çevrəsi qırmızı vərəqəni ədalətli hesab edir xəbəri üçün şəkil

“Real Madrid”in futbolçusu Vinisius Juniorun yaxın çevrəsi “Vilyarreal”la oyunda ona göstərilən qırmızı vərəqənin ədalətli olduğunu qəbul edib.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun nümayəndələri hakim qərarı ilə razılaşsalar da, oxşar epizodlara fərqli yanaşıldığını bildiriblər:

“Qərar ədalətlidir, amma “Valensiya” ilə oyunda bu qaydanı unutmuşdular”.

Onlar 2025-ci ildə “Mestalya”da keçirilən qarşılaşmada qapıçı Stole Dimitriyevskinin Vinisiusun saçından tutmasına baxmayaraq, cəzalandırılmadığını xatırladıblar.

“Vilyarreal”la görüşdə ehtiyatdan meydana daxil olan Vinisius qol vursa da, VAR yoxlamasında hücumun əvvəlində Natan Salibanın saçından tutduğu müəyyənləşdirilib. Nəticədə qol ləğv olunub və futbolçuya birbaşa qırmızı vərəqə göstərilib.

Vinisius oyundan sonra instaqram hesabında komandasından və azarkeşlərdən üzr istəyib. Gözlənilən diskvalifikasiya səbəbindən onun “Sevilya” və “Barselona” ilə qarşılaşmaları buraxacağı bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑