İdman · Azxeber.com

Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı xəbəri üçün şəkil
Bu gün Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq.
Turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "İmişli” Yevlax şəhər stadionunda "Qarabağ”ı qəbul edəcək. Elvin Bayramovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq.
Hazırda "Qarabağ” 13 xalla turnir cədvəlinin 3-cü, "İmişli” isə 4 xalla 9-cu pilləsində qərarlaşıb.
Günün digər matçında "Şəfa” "Turan Tovuz”la üz-üzə gələcək. "SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.
Hazırda "Şəfa” 3 xalla 11-ci, "Turan Tovuz” isə 11 xalla 4-cü pillədə yer alır.
Azərbaycan Premyer Liqası
VII tur
16:00. "İmişli” – "Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu
18:30. "Şəfa” – "Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Mahmud Bağırzadə
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
"SOCAR Polymer Arena”   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑