Bakı, 11 oktyabr,
Həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində bu gün “Kür” və Kiprin “APOEL” komandaları arasında cavab matçı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında oktyabrın 10-da baş tutan ilk matç təmsilçimizin 40:18 hesablı qələbəsi ilə başa çatıb.




