Portuqaliya Futbol Federasiyasının rəhbəri Pedru Proensa Kriştianu Ronaldu ilə bağlı yeni açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bu barədə Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Proensa Ronaldonun Millətlər Liqasının noyabr matçlarında milli komandaya qayıdacağına güman etdiyini bildirib:
"Federasiya, məşqçi, bütün komanda yoldaşları eyni fikirdədir: biz Kriştianunun qayıtmasını istəyirik. Mən onun elə noyabrdakı beynəlxalq fasilə zamanı qayıtmasını gözləyirəm. Kriştianu da qayıtmağa hazırdır. O bütün dövrlərin ən yaxşısıdır", - Proensa bildirib.
Qeyd edək ki, Ronaldu Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda danimarkalılarla oyun (4:2) ərəfəsində Portuqaliya yığmasının düşərgəsini tərk edib.






