Türk dövlətlərinin iştirakı ilə futbol üzrə “Türk Kuboku” təşkil olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Türk dünyası gənclərinin toplantısında məlumat verib
O bildirib ki, turnirin Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə 2 ildən bir keçirilməsi planlaşdırılır: “Gənclik və İdman Nazirliyimizlə birlikdə bu işə başlayırıq. Bu, sadəcə status dəyişikliyi deyil. Bunu başa çatdıra bilsək, gənc istedadları kəşf edəcəyik”.





