İqtisadiyyat · AZƏRTAC

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub xəbəri üçün şəkil

Bakı, 3 noyabr,

Noyabrın 3-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AZ0201240105 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,2 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 34,4 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99.3366 (7,2500 faiz) və kəsmə qiyməti 99.3366 (7.2500 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 2029-cu il noyabrın 3-dür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑