İdman · AZƏRTAC

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək xəbəri üçün şəkil

Bakı, 1 noyabr,

Bu gün Azərbaycan Premyer Liqasının X turunda daha iki oyun keçiriləcək.

AZƏRTAC xəbər verir ki, saat 15:00-da “Şamaxı” “Neftçi”ni qəbul edəcək.

Hazırda “Neftçi” (9 oyun) 18 xalla turnir cədvəlinin üçüncü, “Şamaxı” (9 oyun) isə 13 xalla yeddinci pilləsində qərarlaşıb.

Saat 17:30-da isə “Kəpəz” “İmişli”ni qəbul edəcək. Bu komandalardan “Kəpəz” (8 oyun) 14 xalla altıncı, “İmişli” (9 oyun) isə 10 xalla səkkizinci pillədədir. Turnir cədvəlinə 20 xalla “Sabah” (9 oyun) liderlik edir.

Azərbaycan Premyer Liqası

X tur

1 noyabr

“Şamaxı” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Şamaxı şəhər stadionu

“Kəpəz” – “İmişli”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Eldar Məmmədov

Gəncə şəhər stadionu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑