İdman · AZƏRTAC

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib xəbəri üçün şəkil

Bakı, 31 oktyabr,

AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa klublarının və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı istiqamətində gələcək planlar və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri müzakirə olunub.

Tədbir çərçivəsində AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib.

Qeyd edək ki, AFFA ilə futbol klublarının akademiya rəhbərləri arasında bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti görüşün gələn ilin yanvar ayında təşkili planlaşdırılır.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑