Bakı, 8 oktyabr,
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı artıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, bu ilin 9 ayı ərzində tərəfindən Çindən 416 blok-qatar qəbul edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.
Qeyd edək ki, Çindən qəbul edilən blok-qatarların sayının artması Azərbaycanın tranzit-logistika imkanlarının genişlənməsinə və Orta Dəhliz üzrə yükdaşımaların inkişafına töhfə verir.

