ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına innovativ yanaşma tapmağa çalışır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt Vaşinqtonla Moskva arasında dizel yanacağı ilə bağlı sazişi şərh edərkən deyib.
"Münaqişə artıq dörd il yarımdır davam edir, Prezident Tramp sülhə nail olmaq üçün fərqli yol tapmağa çalışır. Aydındır ki, rasional danışıqlar və dialoqlar nəticə verməyib. O, hər zaman innovativ yanaşmalar axtarır. Və bu, kifayət qədər innovativ yanaşmadır. Hazırda enerji baxımından dünyanın ən çox nəyə ehtiyacı var? Dizel yanacağına. Bəs Rusiya hazırda nə tədarük edə bilmir? Dizel yanacağını”, - o bildirib.




