İdman · Axar.az

"Sabah" - "Borussiya" matçının biletləri satışa çıxarıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Sabah" - "Borussiya" matçının biletləri satışa çıxarıldı xəbəri üçün şəkil

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Dortmund "Borussiya"sı ilə Bakıda keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Axar.az xəbər verir ki, bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdır.

Azərbaycan çempionu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniya klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.

Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah”ın ilk ev oyununda qarşılaşacağı “Slaviya” ilə matça da (13 oktyabr) bilet satışı davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑