İdman · İdman.biz

Talyafiko DÇ finalındakı məğlubiyyət barədə: “İspaniya bizi üstələdi”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Talyafiko DÇ finalındakı məğlubiyyət barədə: “İspaniya bizi üstələdi” xəbəri üçün şəkil

Argentina millisinin futbolçusu Nikolas Talyafiko DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, “Lion”un futbolçusu “Clank!” nəşrinə müsahibəsində rəqibin taktiki baxımdan üstün olduğunu etiraf edib.

“Finalda çox zəif oynadıq. Bu çıxışımız 2022-ci ildə göstərdiyimiz futbola heç yaxın deyildi. İspaniya bizi taktiki baxımdan tamamilə üstələdi. Onların yüksək pressinqi topa nəzarət etməyimizə imkan vermədi. Daim topun arxasınca qaçmaq bizi həm fiziki, həm də psixoloji cəhətdən yordu. Etiraf etməliyik ki, İspaniya bizdən xeyli yaxşı oynadı”.

Qeyd edək ki, Argentina finalda əlavə vaxtda buraxdığı qolla İspaniyaya 0:1 hesabı ilə uduzub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑