İdman · İdman.biz

Romario Ronaldunu müdafiə etdi: “Onun səhvi bunu daha əvvəl etməməsidir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Romario Ronaldunu müdafiə etdi: “Onun səhvi bunu daha əvvəl etməməsidir” xəbəri üçün şəkil

Braziliya millisinin sabiq hücumçusu Romario Kriştianu Ronaldu ilə Portuqaliya yığmasının baş məşqçisi Jorje Jezuş arasında yaranmış münaqişəyə münasibət bildirib.

İdman.Biz “Sport.es” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi futbolçu Ronaldunun milli komandanın düşərgəsini tərk etmək qərarını dəstəkləyib.

“Əgər kimsə sənə verdiyi sözə əməl etmirsə, deməli, dürüst davranmır. Hər şey Ronaldunun dediyi kimidirsə, o, haqlıdır. Yəqin ki, özünü dəyərsiz, sanki heç kimə lazım olmayan biri kimi hiss edib və buna görə də gedib. Mən də onun yerində olsaydım, eyni addımı atardım. Hətta qapını çırpıb gedərdim. Onun səhvi getməsində deyil. Səhvi həmin adamı daha əvvəl sərt şəkildə başından etməməsindədir”, - deyə Romario vurğulayıb.

Xatırladaq ki, Ronaldu UEFA Millətlər Liqasında Norveçlə qarşılaşmada Jezuş tərəfindən ehtiyat oyunçular skamyasında saxlanıldıqdan bir neçə gün sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑