Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonun əvəzinə quruma rəhbərlik edə biləcək yeni namizədin kriteriyalarını açıqlayıb.
Futbolpress.az “Associated Press” nəşrinə istinadən xəbər verir ki, Berlində keçirilən və 55 üzv federasiyanın iştirak etdiyi iclasdan sonra UEFA, “futbola dərindən bağlı, hörmətli və birləşdirici” bir lider axtarışında olduğunu bəyan edib. Noyabrın 18-dək davam edəcək namizədlik prosesində irəli sürüləcək şəxsin icraçı idarəetmə yox, qlobal təmsilçilik və liderlik funksiyasını yerinə yetirməsi istənilir.
UEFA prezidenti Aleksandar Çeferin FIFA rəhbərliyinə namizədliyini verməyəcəyini, lakin gələn ilin aprelində Astanada keçiriləcək seçkilərdə UEFA rəhbərliyinə dördüncü və sonuncu dəfə namizəd olacağını təsdiqləyib.
UEFA-nın hazırladığı geniş islahat paketi və FIFA-nın maliyyə ehtiyatlarından üzv ölkələrə 10 milyon dollar birdəfəlik dividend verilməsi təklifi 54 federasiya tərəfindən dəstəklənib. Bu təşəbbüsə qoşulmayan tək qurum isə AFFA olub.


