İdman · Futbolpress.az

Haaland azarkeşlərə müraciət etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Haaland azarkeşlərə müraciət etdi xəbəri üçün şəkil

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland klubun maliyyə pozuntuları ilə bağlı işi üzrə qərardan sonra azarkeşlərə müraciət edib.

Futbolpress.az xəbər verir ki, İngiltərə Premyer Liqası 2009–2018-ci illərdə maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı “şəhərlilər”i 115 ittihamdan 114-ü üzrə təqsirli bilib. Klubu çempionluq titullarının əlindən alınması və liqadan kənarlaşdırılması da daxil olmaqla, müxtəlif sanksiyalar gözləyə bilər.

Haaland “Sky Sports”a açıqlamasında komandanın birliyini qorumasının vacib olduğunu vurğulayıb:

“Biz birlikdə qalmalı, bir-birimizə dəstək olmalı və pozitiv düşünməliyik. Həyatda nə baş verməsindən asılı olmayaraq, hər zaman gülümsəməliyik. Önümüzə baxmalı, oyunlarda qalib gəlməyə çalışmalı və futboldan zövq almalıyıq. Birliyimizi qorumalı, bir-birimizə sevgi göstərməliyik”.

15 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə zirvəsində qərarlaşan “Mançester Siti” oktyabrın 11-də VI tur çərçivəsində səfərdə “Liverpul”la qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑