Dünya · Axar.az

Rusiya ordunu bu ərazilərdən geri çəkir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya ordunu bu ərazilərdən geri çəkir xəbəri üçün şəkil

Rusiya qüvvələri ümumqoşun bölmələrinin irəliləməsi üçün şərait yaratmağa çalışaraq, pilotsuz sistemlər və xüsusi təyinatlı qüvvələrin bölmələrini Kramatorsk istiqamətinə köçürür.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın “Dəmir Şahinlər” pilotsuz sistemlər batalyonunun komandiri Vladislav Datsenko bildirib.

Datsenko qeyd edib ki, hazırda Ukrayna ordusu işğalçıların Slavyansk aqlomerasiyasını ələ keçirmək planını pozmağa çalışır. Onun sözlərinə görə, düşmən məhz buna görə bu istiqamətdə əhəmiyyətli qüvvələr cəmləşdirir.

Komandirin sözlərinə görə, rusiyalılar, xüsusilə də pilotsuz sistemlər bölmələrini və Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə (QRU) tabe olan xüsusi təyinatlı bölmələri başqa istiqamətlərdən buraya köçürürlər:

“Düşmənin fəallığı kifayət qədər yüksəkdir. Buna görə də əsas məqsəd qış başlamazdan, havalar soyumazdan əvvəl şəhərsalma tipli ərazilərdə müəyyən mövqeləri ələ keçirməkdir”.

O qeyd edib ki, cəbhənin prioritet hesab edilməyən ərazilərindən Rusiya bölmələrinin köçürülməsi barədə də təsdiqlənmiş məlumatlar var. Söhbət əsasən pilotsuz sistemlər qoşunlarının bölmələrindən, o cümlədən briqadalardan və ayrı-ayrı polklardan gedir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑