Dünya · Axar.az

Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var xəbəri üçün şəkil

Rusiya ordusu ötən gün axşam saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqram kanalında məlumat verib.

O, raketlərdən birinin Desnyanski rayonunda yaşayış binasının yaxınlığına düşdüyünü bildirib, nəticədə 5 nəfər yaralanıb.

Kliçko çağırışa gedən təcili yardım briqadasının da hücuma məriz qaldığını və itkilərin olduğunu bildirib.

Mer vurğulayıb ki, Rusiya hücumu Dnepr rayonundakı tibb müəssisələrinə də ziyan vurub:

"Dnepr rayonundakı bir tibb müəssisəsi düşmən atəşi nəticəsində zərər görüb. Partlayış dalğası reanimasiya şöbəsinin pəncərələrini uçurub. Hələlik xəsarət alan yoxdur”.

Kliçko raketlərdən birinin də Dneprdə marketlərdən birinin yaxınlığına düşdüyünü və burada bir nəfərin həlak olduğunu qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑