Rusiya dizel yanacağı artıq qarşıdakı iki həftə ərzində, noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərdən əvvəl ABŞ-a çatdırıla bilər.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post" qəzeti Amerika mənbələrinə istinadla məlumat yayıb.
“Rusiya kifayət qədər böyük həcmdə yanacaq tədarük etməyə razılıq verdi. Tərəflər zəruri rəsmiləşdirmə prosedurlarını vaxtında başa çatdıra bilsələr, tədarüklərə başlanılacaq”, - mənbə bildirib.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşma Moskvaya 4 milyard dollara qədər gəlir gətirə bilər.



