Avropada bir çoxları 2030-cu ilə qədər müharibəyə hazırlıqdan danışır. Rusiya hazırdır, amma müharibə istəmir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika Zirvəsindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Çoxları 2030-cu ilə qədər müharibəyə hazırlıqdan başqa bir şeydən danışmır. Bu, doğrudur, yoxsa səhv?" - deyə prezident ritorik şəkildə sual ünvanlayıb.
"Əvvəla, biz hazırıq, amma Avropa ilə heç bir müharibə istəmirik", - deyə o vurğulayıb.




