Dünya · Axar.az

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib.

Axar.az APA-ya istinadla xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib.

Belə ki, Yuri Trutnev Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsindəki Səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edilib. O, prezidentin köməkçisi vəzifəsinə təyinat alıb.

Primorski diyarının qubernatoru Oleq Kojemyako Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Dmitri Qriqorenko Baş nazirin müavini və Hökumət Aparatının rəhbəri vəzifələrindən istefaya göndərilib. Maliyyə nazirinin birinci müavini İrina Okladnikova Baş nazirin müavini və Hökumət Aparatının rəhbəri təyin edilib

Anton Siluanov maliyyə naziri vəzifəsini saxlayaraq Baş nazirin müavini təyin edilib.

Keçmiş nəqliyyat naziri Andrey Nikitin Baş nazirin müavini vəzifəsinə təsdiq olunub.

Federal Hava Nəqliyyatı Agentliyi - Rosaviasoyanın rəhbəri Dmitri Yadrov nəqliyyat naziri vəzifəsinə gətirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑