2026.10.29 - 23:39
Bakının Nərimanov rayonunda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, qəza Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində qeydə alınıb.
Hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda polis əməkdaşları yük avtomobilinin hadisə yerindən kənarlaşdırılması və hərəkətin bərpası istiqamətində zəruri tədbirlər görürlər.
***
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobilinin qəzaya uğraması səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edək ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.



.jpg)

