Dünya · Axar.az

Mirziyayev Rubio ilə görüşdü: 12 milyardlıq razılaşma...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirziyayev Rubio ilə görüşdü: 12 milyardlıq razılaşma... xəbəri üçün şəkil

Özbəkistan Prezidenti Şövkət Mirziyayev oktyabrın 19-da ABŞ-ın Dövlət katibi Marko Rubionu qəbul edib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, görüşdə ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının bu dəfəki iclası çərçivəsində 12 milyard dollar məbləğində yeni razılaşmalar əldə olunub. Bildirilib ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artıb.

Tərəflər, həmçinin strateji əhəmiyyətli faydalı qazıntılar, energetika, nəqliyyat, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑