İsveçrənin Sürix şəhərində kütləvi iğtişaşlar baş verib.
Axar.az xəbər verir ki, bu barədə “20 minuten” məlumat yayıb.
Məlumata görə, “Halloven” bayramı ilə bağlı keçirilən yürüş polislə toqquşmalara çevrilib. Minlərlə insan Qəzzadakı müharibəyə, polisə və faşizmə qarşı etiraz etmək üçün küçələrə çıxıb.
Etirazçılar nəqliyyat vasitələrini, zibil qutularını yandırıb, təhlükəsizlik qüvvələrinə butulka atıb. Polis su şırnaqları və gözyaşardıcı qazla cavab verib.

