"Rosatom" İranla daha səkkiz atom enerji blokunun tikintisinə dair razılaşma imzalayıb.
Axar.az TASS-a istinadən xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.
"Daha səkkiz enerji blokunun tikintisi ilə bağlı razılaşmalarımız imzalanıb. Payızda isə İranın maraqları naminə kiçik enerji bloklarının tikintisi haqqında saziş imzalanıb", - deyə Lixaçev deyib.
O qeyd edib ki, "Buşehr" Atom Elektrik Stansiyasının 2 və 3 nömrəli enerji bloklarının tikintisi davam edir.






