ABŞ-la mümkün danışıqların gündəliyi daha öncə təklif etdiyimiz yeddi günlük planın şərtlərindən ibarətdir.
Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat verib.
“Bu planda İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri irəli sürülüb və qeyd olunub ki, İranın şərtləri yerinə yetirilərsə, altıncı gün Hörmüz boğazı açılacaq, yeddinci gün isə İran və ABŞ arasında danışıqlar bərpa olunacaq", - o vurğulayıb.


