Fransanın cənubunda şiddətli yağışlar genişmiqyaslı daşqınlara səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Məlumata görə, minlərlə ev elektrik enerjisiz qalıb və bəzi ərazilərdə suyun səviyyəsi görünməmiş səviyyəyə çatıb. Nəticədə ən azı üç nəfər ölüb, bir nəfər yaralanıb.
86 və 26 yaşlı iki qadın Lanson-Provans kommunasında bir evin zirzəmisində boğulub. 75 yaşlı başqa bir nəfər isə Sen-Mitre-le-Rempartsda baş verən fırtına zamanı ölüb.
Fırtına həmçinin əhəmiyyətli maddi ziyana səbəb olub. Yolları və dəmir yollarını bağlayıb, elektrik xətlərini və telefon xətlərini zədələyib.
Qeyd edək ki, Fransada genişmiqyaslı aksiyalar davam edir.




