ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə güzəştlər və Ukraynaya yardımların azaldılması yolu ilə razılığa gəlmək cəhdləri uğursuzluğa məhkumdur.
Axar.az xəbər verir ki, bu barədə amerikalı respublikaçı senator Mitç Makkonnell bildirib.
Senator, xüsusilə, Trampın Rusiyanın enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı razılaşmalara lazımi qaydada əməl etdiyinə dair bəyanatlarını tənqid edib. Makkonnellin fikrincə, sanksiyaların yumşaldılması Kremlin təcavüzünü dayandırmayacaq, əksinə, Qərbin zəif olduğu qənaətini gücləndirəcək.
“Bu yanaşma faktiki baxımdan yanlışdır, strateji cəhətdən sadəlövhdür və mənəvi baxımdan qəbuledilməzdir. Təcavüzkarı sanksiyaların yumşaldılması ilə mükafatlandıran və Rusiyaya xoş görünməyə hesablanmış bu sövdələşmə Putini dayanmağa inandırmayacaq. Tarix göstərir ki, belə davranış özünü zəiflik kimi qiymətləndirən Rusiya avtokratını daha da cəsarətləndirir”, – deyə o bildirib.




