Albaniya paytaxtı Tiranada etirazlar yenidən bərpa edilib.
Axar.az xəbər verir ki, bu barədə ATA xəbər agentliyinin verdiyi məlumatda deyilir.
Bildirilib ki, etirazçılarla polis arasında toqquşmalar baş nazir Edi Ramanın iqamətgahı yaxınlığında davam edib.
Baş nazirin istefasını tələb edən etirazçılar polisə “Molotov kokteyli” atıblar. Onlar dialoq təklifinə cavab olaraq plastik stulu yandırıblar. Polis izdihamı ərazidən uzaqlaşdırıb.
Qeyd edək ki, daha əvvəl baş nazir dinc dialoqa ehtiyac olduğunu bildirərək bir neçə stulu çıxarıb iqamətgahının qarşısına qoymuşdu.





