Rusiya müharibənin 1697-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 263 889 PUA-sı, 672 zenit-raket kompleksi, 31 269 tank və digər zirehli texnikası, 1 790 reaktiv yaylım atəş sistemi, 36 745 artilleriya və minaatanı, 74 762 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



