İdman · Apasport.az

“Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif xəbəri üçün şəkil

“Fənərbaxça”dan ayrılan İsmail Kartal məşqçilik karyerasını İranda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Traktor” klubu türkiyəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

Jurnalist Salim Manavın məlumatına görə, Təbriz təmsilçisi Kartala rəsmi təklif göndərib.

Təklifin ardınca tərəflər arasında danışıqlar başlayıb.

Xatırladaq ki, İsmail Kartal daha əvvəl də İranda çalışıb. Türkiyəli mütəxəssis 2025-ci ilin yanvarından iyuluna qədər “Persepolis”ə rəhbərlik edib və komanda onun rəhbərliyi altında ölkə çempionatını üçüncü pillədə başa vurub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑