İdman · Apasport.az

Ervin Perkons: “Məqsədimiz 3 xal qazanmaq idi”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ervin Perkons: “Məqsədimiz 3 xal qazanmaq idi” xəbəri üçün şəkil

"İmişli" Misli Premyer Liqasının X turunun oyununda Gəncə şəhər stadionunda "Kəpəz"ə 061 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ervins Perkons matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Öncə hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Belə atmosferdə oynamaq çox xoş idi. Burada keçirilən əvvəlki matçlara baxmışıq. Gəncə şəhər stadionunda oynamaq həqiqətən çətindir. Komandamın performansı yaxşı idi. Amma nəticə istədiyimiz kimi olmadı. Məqsədimiz 3 xal qazanmaq idi. Təəssüf ki, buna nail ola bilmədik. Rəqib çox yaxşı qol vurdu. Biz öz şaanslarımızdan yararlana bilmədik. Buna görə də məyusam".

- Məğlubiyyətin əsas səbəbi nədir? 
- Əsas səbəb rəqibin qol vurması, bizim isə vurmamağımızdır. Deməzdim ki, "Kəpəz" daha yaxşı idi. Çox gərgin mübarizə oldu. Futbol səhvlər oyunudur. Qayda pozuntusu etdik və nəticədə cərimə zərbəsindən qapımızda qol gördük.

- Buraxdığınız qolda rəqib futbolçunun ustalığı öz sözünü dedi, yoxsa qapıçınızın səhvi var idi? 
- Yaxşı zərbə idi. Bu barədə çox fikir bildirmək istəmirəm. Çünki mən qapıçı məşqçisi deyiləm. Qapıçılar üzrə məşqçi bu qolu təhlil edəcək.

- Karyeranızda belə gözəl stadion görmüsüz? 
-Təbii ki, görmüşəm. Amma bu, məşqçi kimi mənim üçün ilk idi. Bəzi oyunçular da ilk dəfə belə atmosferdə oynayırdılar. Matçdan əvvəl də futbolçularla bu barədə danışmışdıq. Bütün oyunçular karyeralarına başlayanda belə atmosferdə oynamağı xəyal edirlər. Burada oynamaq həm mənim üçün, həm də komandamın üzvləri üçün çox xoş idi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑