Sosial · APA

İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransda humanitar əməkdaşlığın gücləndirilməsi müzakirə olunub - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransda humanitar əməkdaşlığın gücləndirilməsi müzakirə olunub - FOTO xəbəri üçün şəkil

İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransda humanitar əməkdaşlığın gücləndirilməsi müzakirə olunub - FOTO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransında “Sülh proseslərində itkin düşmüş şəxslərin məsələsinə baxılması: Humanitar əməkdaşlıq və etimadquruculuq tədbirləri” adlı panel sessiya keçirilib.

APA-nın xəbərinə görə, Monteneqronun sabiq müdafiə naziri Milica Durişiç bildirib ki, Balkan regionunda 90-cı illərin əvvəllərində baş vermiş müharibələrdən uzun müddət keçməsinə baxmayaraq, bir çox ailə üçün müharibə hələ də başa çatmayıb.

Onun sözlərinə görə, yaxınlarının taleyi barədə cavabsız suallar ailələrin bu ağrıdan qurtulmasına və məsələyə son qoyulmasına imkan vermir.

O vurğulayıb ki, itkin düşmüş şəxslər məsələsi sülh prosesindən sonraya saxlanılmamalı, birbaşa sülh prosesinin tərkib hissəsi olmalıdır.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Uğur Bayraktutan isə Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı aparılan işlərdə elmi və institusional potensialın inkişafının mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, bu proses yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmamalı, məhkəmə orqanları, məhkəmə-tibb ekspertləri, vətəndaş cəmiyyəti, ailələr və digər aidiyyəti qurumlar arasında əməkdaşlığı əhatə etməlidir.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmytro Lubinets bildirib ki, ölkəsində uşaqlar, hərbi qulluqçular və mülki şəxslər də daxil olmaqla, təxminən 113 min nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Lubinetsin sözlərinə görə, təxminən 1,6 milyon ukraynalı uşaq hazırda müvəqqəti işğal olunmuş ərazilərdə qalır. O əlavə edib ki, Ukraynanın hesablamalarına əsasən, genişmiqyaslı işğalın başlanmasından etibarən ən azı 20 610 ukraynalı uşaq Rusiya tərəfindən deportasiya edilib və ya məcburi şəkildə başqa ərazilərə köçürülüb.

Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid Azərbaycanın itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün texniki baza yaratdığını, bu istiqamətdə DNT imkanlarından geniş istifadə edildiyini və dəqiq məlumat mübadiləsinin axtarış prosesinin sürətləndirilməsi baxımından əsas şərtlərdən biri olduğunu bildirib.

Çıxışçılar məlumat mübadiləsinin, institusional əməkdaşlığın, müasir məhkəmə-tibbi və DNT imkanlarından istifadənin, eləcə də ailələrin prosesə cəlb olunmasının vacibliyinə diqqət çəkiblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑