Dünya · Anews.az

Parisdə komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Parisdə komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq xəbəri üçün şəkil

Parisdə komendant saatı yenidən tətbiq ediləcək.

Paris Polis Prefekturası paytaxtın mərkəzi hissəsində gecə saatlarında komendant saatı tətbiq etmək qərarı verib.

“Le Parisien” nəşrinin məlumatına görə, məhdudiyyət oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə, eləcə də noyabrın 1-dən 2-nə keçən gecə saat 23:00-dan 06:00-dək qüvvədə olacaq.

Qərar Respublika meydanına və Şatle rayonunda yerləşən “Canopée des Halles” ərazisinə şamil ediləcək.

Beləliklə, bir neçə gün əvvəl qüvvədən düşmüş komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq.

Məhdudiyyət həmin ərazilərdə yaşayan və bunu təsdiq edən sənədi olan şəxslərə, işlə əlaqədar həmin ərazidən keçməli olan əməkdaşlara, eləcə də dövlət xidmətlərinin nümayəndələrinə şamil edilməyəcək.

Oktyabrın 17-dən 18-nə keçən gecə yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlar və qarətlərdən sonra Parisdə komendant saatı tətbiq edilmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑