Dünya · Anews.az

Səslər sayıldıqca Netanyahunun bloku önə keçir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir xəbəri üçün şəkil

İsraildə keçirilən parlament seçkilərində bülletenlərin hesablanması davam etdikcə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun qazandığı deputat mandatlarının sayı artır. İsrail Mərkəzi Seçki Komissiyasının seçki qutularının 32,5%-nin açılmasından sonrakı ilkin nəticələrinə əsasən, Netanyahunu dəstəkləyən partiyalar bloku 120 yerlik Knessetdə 59 mandat əldə edir, müxalifət düşərgəsi isə 46 yer qazanır. 

Bundan əvvəl "Kan-11" dövlət telekanalının "exit-poll" nəticələri "Likud" partiyasına 25, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" partiyasına isə 21 mandat vəd edərək ümumi müxalifətin öncüllüyünü (53-ə qarşı 50) göstərirdi.

Real bülletenlərin sayılması fonunda Netanyahunun bloku parlament çoxluğuna yaxınlaşsa da, Baş nazir tərəfdarları ilə ilkin nəticələri qeyd etsə də, rəsmi qələbə elan etməyib. Üç siyasi qüvvə 3,25%-lik seçki baryerini hələlik aşa bilmir. Hökuməti qurmaq üçün ən azı 61 mandat tələb olunduğundan, yekun mənzərə hərbçilərin və ikili zərflərdəki bülletenlərin hesablanmasından sonra aydınlaşacaq. 

N. Təbrizli

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑