Cəmiyyət · Anews.az

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib xəbəri üçün şəkil

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 4-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, BB vəzifə qrupu üzrə test imtahanı saat 16:00-da keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və namizədlər üçün 920 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı isə dekabrın 4-də saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. AB, AC, BA və BB vəzifə qruplarını əhatə edən imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil ediləcək. Bu imtahan üçün 420 yer ayrılıb. Qeydiyyat oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək davam edəcək.

İmtahanlarda iştirak etmək istəyən, lakin şəxsi kabineti olmayan namizədlər əvvəlcə Mərkəzin internet portalında şəxsi kabinet yaratmalı, daha sonra müvafiq hesaba vəsait daxil etməlidirlər. Qeydiyyat “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” platforması vasitəsilə həyata keçirilir.

Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑