Cəmiyyət · Anews.az

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb xəbəri üçün şəkil

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə kahı” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.

Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑