Cəmiyyət · Anews.az

“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib xəbəri üçün şəkil

 

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,39% artaraq 125,42 ABŞ dollarına çatıb. Türkiyənin Ceyhan limanında FOB bazasında neftin qiyməti isə 2,67% yüksələrək 115,12 dollar təşkil edib.

Hərracların nəticələrinə görə, “Azeri Light” neftinin bir bareli əvvəlki qiymətlə müqayisədə 2,93 dollar bahalaşıb.

“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 120,61 dollar təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.

Arxa plan: “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3% təşkil edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑