Cəmiyyət · Anews.az

Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb xəbəri üçün şəkil

Deputat Erkin Qədirli “Maraqların toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı qonşuluğun özlüyündə şəxsi münasibət və ya yaxınlıq hesab edilməməli olduğunu bildirib. Onun sözlərinə görə, şəxsi münasibətlərin mövcudluğu konkret vəziyyətin araşdırılması ilə müəyyən edilməlidir.

“Qonşu yaxınlıq anlamına gəlmir. Məsafə baxımından yaxın ola bilər, amma şəxsi münasibətlər səviyyəsinə yetişməyə də bilər. Qonşular var ki, bir-birinə salam vermir”, - Qədirli layihənin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, şəxsi münasibətlərin bütün mümkün formalarını qanunda sadalamaq və ya ayrıca təriflə əhatə etmək mümkün deyil.

Onun sözlərinə görə, belə münasibətlərə dostluq və sevgi də daxil ola bilər, lakin onların mövcudluğu konkret vəziyyətin araşdırılması ilə müəyyən edilməlidir.

“Bu, hər kəsin anladığı, qanunvericilikdə tərifə ehtiyac duyulmayan anlayışlardandır. Hər cür situasiya konkret araşdırma nəticəsində bilinəcək”, - Qədirli əlavə edib.

Gülnar Nazimqızı 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑