Dünya · Anews.az

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb xəbəri üçün şəkil

Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb.

Bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.

"Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsində 10 nəfər, o cümlədən Məhkəmə Aktlarının Məcburi İcrasının Təmin Edilməsi Xidmətinin Şirak ərazi bölməsinin rəisi və daha 2 vəzifəli şəxs saxlanılıb", – komitədən bildiriblər.

3 vəzifəli şəxs həbs edilib. Digər təqsirləndirilən şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib. İstintaq davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑